“Nağıl kimi bir səyahət” - FOTOREPORTAJ
02 fevral 2020 14:00 (UTC +04:00)

“Nağıl kimi bir səyahət” - FOTOREPORTAJ

Tanınmış təbiət və səyahət fotoqrafı Rüstəm Məhərrəmov bu ilin yanvar ayında “11 Nömrə” səyahət qrupu ilə birgə Gürcüstanın bir neçə şəhərində olub və fotokamerasının yaddaşına maraqlı anları həkk edib.

İki hissədən ibarət olan fotoreportajın ilk hissəsində Gürcüstanın qədim paytaxtı hesab edilən Mtsxeta şəhərinin küçələri, kilsələri və bazarı, eləcə də Borjomi şəhərinin milli parkından fotolar yer alıb. İkinci hissədə isə fotoqraf qarlı bir gündə Borjomi-Bakuriani qatarı ilə səyahəti zamanı ekzotik mənzərələri kadrlaşdırıb. Fotoreportajın adı da məhz “Nağıl kimi bir səyahət” adlandırılıb. O, Şiğnaği şəhərinin və ən məşhur dağ-xizək istirahət zonası hesab edilən Bakurianidən gözoxşayan maraqlı fotolar çəkməyə nail olub.

“Gilavar” foto klubunun üzvü olan Rüstəm Məhərrəmov artıq 5 ildir ki, təbiət, vəhşi təbiət və səyahət fotoqrafiyası ilə məşğul olur. Azərbaycanın bölgələri ilə yanaşı, Kanada, Fransa, Türkiyə, Rusiya və Gürcüstanda foto səyahətlərdə olub. Bir çox beynəlxalq və yerli qurumlarla əməkdaşlıq edən fotoqrafın çəkdiyi fotolar beynəlxalq fotomüsabiqələrdə mükafatlar qazanıb, bir sıra ölkələrdə sərgilənib.

(AZƏRTAC)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3554

Oxşar yazılar

Kefinizi açacaq 5  məzəli film   -  VİDEO

Kefinizi açacaq 5 məzəli film - VİDEO

17 iyul 2025 , 19:46
Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi

Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi

17 iyul 2025 , 16:25
Özünüzü  tapmağa   kömək edəcək  6 film   -  VİDEO

Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO

16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq  5 film   -  VİDEO

Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO

16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında  ağır yaralandı - FOTO

Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO

16 iyul 2025 , 11:25
Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51